Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu öndər Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb

0

  • Ümummilli lider Heydər Əliyev ölkənin rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olmuşdur. Sağlam və ağıllı, düşüncəli yeni nəslin yetişdirilməsi uğrunda əlindən gələni etmişdir və cəmiyyətin, dövlətin mühüm vəzifəsi hesab etmişdir. Ulu öndərimiz gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılması uğrunda bir çox siyasət həyata keçirmişdir. Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb. Həmişə problemlərini həll etməyə çalışıb. 1970 -ci və 1980-ci illərdə müdrik rəhbərimizin göstərişi ilə çox sayda azərbaycanlı gənclər keçmiş SSRİ-nin Moskvada ali məktəblərinə daxil olmalarını təmin etmişdir. Müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərmişdir. Hər il yüzlərlə tələbə və gənclər Sank-Peterburqda təhsil alırdılar. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizə qayıdaraq ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynamışdı. Yeni nəslin inkişafını təmin edilməsi məqsəd ilə 1994-cü il 26 iyul tarixli fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər Nazirliyin əsasını qoydu. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq məqsədilə 2 fevral 1996-cı ildə gənclərin l Forumu keçirildi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan Gənclər Günü" elan edilmişdir.Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyərək qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda düşüncəyə malik gənclər formalaşır. Gənclərimiz gündən-günə ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar. Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yanatmaqla yanaşı onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə adekvat cavablar verildi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
    Arzu Orucova,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    ulu öndər heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb

    Maraqlı gələ bilər
    68
    50
    58